AZERFAX TV

İran ABŞ-ı alçaldır – Merts

Almaniya kansleri Fridrix Merts İran rəhbərliyini ABŞ-ı alçaltmaqda ittiham edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Mertsin sözlərinə görə, Tehran Vaşinqton rəsmilərinin Pakistana səfərinin nəticəsiz başa çatmasına səbəb olub.

“İranlılar danışıqlar aparmaqda, daha doğrusu aparmamaqda çox bacarıqlıdırlar. Amerikalıların İslamabada gedib nəticəsiz qayıtmasına şərait yaradırlar. İran rəhbərliyi, xüsusilə İnqilab Keşikçiləri Korpusu ölkəni çətin vəziyyətə salır. Bütün bir millət alçaldılır. Ümid edirəm ki, bu proses tezliklə başa çatacaq” , – deyə o bildirib.

Merts qeyd edib ki, ABŞ-ın da İranla müharibədə hansı strategiyanı izlədiyi aydın deyil. O, bu vəziyyətin Vaşinqtonla NATO müttəfiqləri arasında artıq Ukrayna və digər məsələlər səbəbilə mövcud olan fikir ayrılıqlarını daha da dərinləşdirdiyini vurğulayıb.

Müəllif: Roza

Related Articles

Bir cavab yazın

Back to top button