Elçin Əmirbəyov İtaliya XİN başçısının müavini ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşüb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin “X” platformasındakı hesabında məlumat paylaşılıb.
Bildirilir ki, görüş əsas regional və beynəlxalq məsələlərə, həmçinin siyasi və iqtisadi əməkdaşlığın strateji sahələrində Roma ilə Bakı arasında tərəfdaşlığın möhkəmləndirilməsinə həsr olunub.
“İtaliyanın Baş naziri Corcia Meloninin gözlənilən səfərinə hazırlıq və yanvar ayında imzalanmış Fəaliyyət Planı çərçivəsində geniş müzakirələr aparılıb”, – deyə paylaşımda vurğulanıb.
Incontro del VM @edmondocirielli con Elchin Amirbayov, Consigliere per gli Affari Speciali del Presidente dell’Azerbaigian.
Al centro del colloquio, i principali dossier regionali e internazionali e il rafforzamento del partenariato tra Roma e Baku nei settori strategici della… pic.twitter.com/owGXmWfHcX
— Farnesina (@ItalyMFA) April 28, 2026



