AZERFAX TV
Noyerdən əsrin antirekordu

PSJ Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda öz meydanında “Bavariya”nı 5:4 hesabı ilə məğlub edib.
AZERFAX.AZ xəbər verir ki, bu qarşılaşma Münhen klubunun qapıçısı Manuel Noyer üçün uğursuz alınıb. O, oyunda 5 qol buraxıb və bir dənə də olsun seyv etməyərək antirekordu təkrarlayıb.
Çempionlar Liqasının pley-off mərhələsində sonuncu dəfə belə nəticə 2000-ci ildə qeydə alınıb.“Çelsi”nin qapıçısı Ed de Qoy “Barselona”ya qarşı 1/4 final oyununda 5 qol buraxmış və heç bir seyv etməmişdi.
“Opta Sports”un məlumatına görə, Noyer XXI əsrdə Çempionlar Liqasının pley-off mərhələsində bu qədər uğursuz çıxış edən ilk qapıçı olub.
Heybət



