Yamal DÇ-2026-nın neçə oyununu buraxa bilər?

“Barselona”nın vingeri Lamin Yamal zədə səbəbilə 6-7 həftəlik sıradan çıxıb.
AZERFAX.AZ xəbər verir ki, o, bu mövsüm Kataloniya klubu üçün artıq meydana çıxa bilməyəcək. Bu barədə jurnalist Xavi Migel sosial şəbəkədə məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 18 yaşlı ispaniyalı futbolçu 2026-cı il dünya çempionatına hazırlaşacaq. O, böyük ehtimalla qrup mərhələsində Kabo-Verdeyə qarşı ilk oyunu (15 iyun) buraxa bilər, lakin Səudiyyə Ərəbistanı (21 iyun) və Uruqvay (27 iyun) ilə görüşlərdə iştirak etməsi gözlənilir.
Yamal zədəni La Liqanın 33-cü turunda “Selta”ya qarşı keçirilən oyunda (1:0) alıb. Birinci hissənin sonlarında penaltini yerinə yetirdikdən sonra o, bud nahiyəsini tutaraq yerə uzanıb. Tibbi yardım göstərildikdən sonra futbolçu meydanı tərk edib. Ona sol budun arxa əzələsində zədə aşkarlanıb.
Cari mövsümdə Yamal bütün turnirlərdə 46 oyunda iştirak edib, 25 qol vurub və 18 məhsuldar ötürmə edib.
Müəllif: Heybət



