AZERFAX TV

Ukrayna buna görə Azərbaycana minnətdardır

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı olub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Andrey Sibiqa sosial şəbəkə hesabında paylaşım edib.

“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla səmərəli söhbətim oldu. Həmkarıma qonaqpərvərliyinə və liderlərimizin Qəbələ səfəri və danışıqları zamanı mənimlə görüşdüyünə görə təşəkkür etdim. Biz bu danışıqlar zamanı əldə edilən razılaşmaların həyata keçirilməsinə diqqət yetirdik və ikitərəfli əməkdaşlığımızın inkişaf etdirilməsi üçün gələcək addımları müzakirə etdik”, – deyə paylaşımda qeyd olunur.

Sibiqanın sözlərinə görə, tərəflər həmçinin regiondakı təhlükəsizlik vəziyyəti və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar:

“Ukrayna suverenliyimizi və ərazi bütövlüyümüzü davamlı olaraq dəstəklədiyinə, eləcə də xüsusilə enerji sektorunda göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdardır. Biz fəal dialoq aparmaq və əlaqələrimizi davam etdirmək barədə razılığa gəldik”.

Related Articles

Bir cavab yazın

Back to top button