ABŞ Hörmüz boğazında İranın hücumlarını dəf eti

ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında Amerika gəmilərinə hücum etdiyi iddia olunan raketlərin, pilotsuz uçuş aparatlarının və katerlərin qarşısının alındığını bildirib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə qurumun “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
CENTCOM-un məlumatına görə, mayın yeddisində ABŞ Hərbi Dəniz Qüvvələrinin idarəolunan raket silahları ilə təchiz edilmiş esminesləri Hörmüz boğazından Oman körfəzinə keçərkən, ABŞ qüvvələri İranın əsassız hücumlarını dəf edib və özünümüdafiə qaydasında zərbələrlə cavab verib.
Amerika gəmilərinin zədə almadığı dəqiqləşdirilir.
Daha əvvəl İran komandanlığı ABŞ-ın İslam Respublikasına məxsus iki tankerə hücum etdiyini bəyan edib və Vaşinqtonu atəşkəsi pozmaqda ittiham edib.
Hüseyn İbadlı



