AZERFAX TV
İranın hücumuna məruz qalan ABŞ esmineslərindən xəbər var

İranın hücumuna məruz qalan ABŞ esminesləri xəsarət almayıb və Hörmüz boğazının blokadasına geri dönüblər.
AZERFAX.AZ xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün Truth Social sosial şəbəkəsindəki hesabında yazıb.
Tramp qeyd edib ki, üç Amerika esminesi az əvvəl atəş altında Hörmüz boğazından uğurla çıxıb:ğ
“Bu üç gəmiyə heç bir zərər dəyməyib və həmin esmineslər öz möhtəşəm heyəti ilə birlikdə yenidən polad divar rolunu oynayan dəniz blokadamıza qoşulacaqlar”.
Hüseyn İbadlı



