Bekhem ailəsinin sərvəti 1 milyardı keçdi

Futbol üzrə İngiltərə milli komandasının keçmiş kapitanı, hazırda biznesmen və “İnter Mayami” klubunun həmsahibi olan Devid Bekhem və həyat yoldaşı Viktoriya Bekhemin ümumi sərvəti 1 milyard funt sterlinqi ötüb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Sunday Times”ın hazırladığı zənginlər siyahısında məlumat verilib.
Cütlük Böyük Britaniyanın idman dünyasının ən varlı simaları siyahısında ikinci pillədə qərarlaşıb.
Futbolçu karyerasını başa vurduqdan sonra Bekhem böyük biznes imperiyası qurub. Onun sərvəti reklam müqavilələri və “İnter Mayami”dəki payı hesabına əhəmiyyətli dərəcədə artıb.
“The Sunday Times”a görə Böyük Britaniyanın idman dünyasında ən varlı 10 adı:
1. Berni Ekklstoun (keçmiş Formula 1 rəhbəri) — 2 milyard funt
2. Devid Bekhem və Viktoriya Bekhem — 1,185 milyard funt
3. Barri Hern və Eddi Hern — 1,035 milyard funt
4. Ben Frensis (“Gymshark”ın həmtəsisçisi) — 800 milyon funt
5. Lyuis Hemilton — 435 milyon funt
6. Tom Bihon və Fil Bihon (“Castore” təsisçiləri) — 350 milyon funt
7. Rori Makilroy — 325 milyon funt
8. Entoni Coşua — 240 milyon funt
9. Tayson Fyuri — 162 milyon funt
10. Harri Keyn — 110 milyon funt, Endi Marrey — 110 milyon funt.



