AZERFAX TV
Qvardiolanı Mareska əvəz edəcək?

İngiltərə təmsilçisi “Mançester Siti” baş məşqçi Xosep Qvardiolanın mümkün varisi kimi italiyalı mütəxəssis Entso Mareskanı nəzərdən keçirir.
AZERFAX.AZ xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Bildirilir ki, Mareska İngiltərə klubunun rəhbərliyi ilə 2028-ci ilə qədər nəzərdə tutulan, 2029-cu ilə qədər uzadılma opsiyası olan müqavilə üzrə prinsipial razılığa gəlib.
“Şəhərlilər”in rəhbərliyi ispaniyalı baş məşqçi klubdan ayrılacağı təqdirdə, “Çelsi”nin keçmiş baş məşqçisini bu posta təyin etməyi planlaşdırır. Yekun qərar isə Xosep Qvardiolanın Premyer Liqa klubu ilə bağlı verəcəyi qərardan asılıdır.
Qeyd edək ki, Qvardiolanın “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.



