AZERFAX TV
UEFA Avropa Liqasının qalibi bəlli oldu

İngiltərənin “Aston Villa” klubu UEFA Avropa Liqasının qalibi olub.
AZERFAX.AZ xəbər verir ki, Unay Emerinin başçılıq etdiyi komanda turnirin finalında Almaniyanın “Frayburq” klubuna 3:0 hesabı ilə qalib gəlib.
İstanbuldakı “Beşiktaş Park” stadionunda keçirilən görüşdə qolları Yuri Tilemans, Emiliano Buendia və Morqan Rocers vurublar. Bununla da Emeri baş məşqçi kimi 5-ci dəfə Avropa Liqasında çempionluq sevinci yaşayıb.



