AZERFAX TV

Ronaldonu belə təbrik etdi

Ukraynalı boksçu Aleksandr Usik ” Əl-Nəsr”in kapitanı Kriştiano Ronaldonu Səudiyyə Ərəbistanı çempionatında qazandığı qələbə münasibətilə təbrik edib.

AZERFAX.AZ xəbər verir ki, Usik sosial mediada yazıb:

“Kriştiano Ronaldo, əsl çempion olduğunu bir daha sübut etdin. Qələbə münasibətilə səni və bütün komandanı təbrik edirəm. Çempionlar”.

34-cü turun son oyununda “Əl-Nəsr” “Damak”ı 4-1 hesabı ilə məğlub edərək klub tarixində 10-cu çempionluğunu təmin edib. Bu kubok Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanı Liqasında ilk titulu olub.

Related Articles

Bir cavab yazın

Back to top button