AZERFAX TV
Şəkidə güclü sel iki körpünü dağıtdı

Şəki rayonunun Baş Zəyzid kəndində baş verən güclü sel daşqını ciddi fəsadlar törədib.
AZERFAX.AZ Oxu.az-a istinadən xəbər verir ki, dağlıq ərazidən gələn güclü sel suları kənd ərazisindən keçərək iki körpünü dağıdıb.
Kənd sakinlərinin sözlərinə görə, dağılan iki körpü əhalinin gediş-gəlişi üçün mühüm əhəmiyyət daşıyır.



