AZERFAX TV
Qalmaqallı döyüşlə bağlı etiraz edildi

Ağır çəkidə sabiq Glory çempionu, niderlandlı Riko Verhuven Misirdə keçirilən və ukraynalı keçmiş mütləq dünya çempionu Aleksandr Usikə qarşı baş tutan titul döyüşünün dayandırılmasına rəsmi etiraz etdiyini açıqlayıb.
AZERFAX.AZ xəbər veirr ki, Verhuven döyüşdən sonra qərarla bağlı narazılığını sosial şəbəkə hesabında bölüşüb.
“Hava limanına gedən yolda artıq rəsmi etiraz ərizəsini təqdim etdik. Qaydalar yalnız ən vacib məqamlarda tətbiq olunanda məna daşıyır”, — deyə niderlandlı döyüşçü yazıb.
Qeyd edək ki,qarşılaşma 11-ci raundun bitməsinə bir saniyə qalmış Usikin nokaut qələbəsi ilə yekunlaşıb. Bu nəticə Riko Verhuven üçün peşəkar karyerasında ilk məğlubiyyət olub.



