AZERFAX TV

170 manata satılan “müalicəvi qolbaqlar” həqiqətən şəkər və təzyiqi salır?

Sosial şəbəkələrdə şəkər təzyiq salan qolbaq elanları var.

AZERFAX.AZ xəbər verir ki, satış edən şəxsin sözlərinə görə, həmin qolbaq insan səhhətində bəzi problemlərin baş verməsinin qarşısını alır. Bu qolbağın isə qiyməti nə az, nə çox 170 manatdır.

Satıcılar iddia edir ki, bu bilərzik dərmansız sağlamlığımızı normada saxlaya bilir. Vətəndaşlar arasında bu məhsulların reallığına inananlar da var, inanmayanlar da.

Məsələ ilə bağlı həkim Adil Qeybulla bildirib ki, şəkərli diabet və yüksək təzyiq kimi xəstəliklər daimi nəzarət tələb edir:

“Müalicəsi labarator nəticələri və həkim məsləhəti ilə müəyyən edilir. Heç bir qolbaq bu xəstəlikləri tənzim edə bilməz. Bunlar hamısı propanasiyalardır. İnternet üzərindən təbliğ olunan dərmanlar və ya bu cür vasitələrə əhali inanmamalıdır”.

Qeyd edək ki, sağlamlıqla bağlı qərarlar sosial şəbəkələrdə olan reklamlarla deyil, həkim məsləhəti ilə müəyyən edilməlidir. (Milli.az)

Related Articles

Bir cavab yazın

Back to top button