AZERFAX TV

Xameneidən Həcc mesajı: İsrail və ABŞ-a ölüm

İranın dini lideri Müctəba Xamenei “X” hesabında Həcc mövsümü ilə bağlı mesaj yayımlayıb.

AZERFAX.AZ xəbər verir ki, o, mesajında ABŞ və İsraili hədəf alan sərt ifadələr işlədib.

Xamenei qeyd edib ki, “ABŞ-a ölüm” və “İsrailə ölüm” şüarları İslam ümmətinin və dünyadakı məzlumların ortaq mövqeyinə çevriləcək və xüsusilə gənclər arasında geniş yayılacaq.

Həcc zəvvarlarına da müraciət edən Xamenei onları Fələstin və Məscidül-Əqsa üçün dua etməyə, İslam ümmətinin birliyi və qlobal zülmə qarşı qələbə üçün dua etməyə çağırıb.

Müəllif: Roza

Related Articles

Bir cavab yazın

Back to top button