AZERFAX TV
Hücumçu A Seriyasında elə bir antirekord müəyyənləşdirdi ki…

“Milan”ın hücumçusu Santyaqo Ximenes İtaliya A Seriyası tarixində mövsümü start heyətində 10 və ya daha çox oyundan sonra qol vurmadan başa vuran ilk oyunçu olub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.
Bu antirekord “Milan”ın A Seriyasının 38-ci və son turunda evdə “Kalyari”yə 1-2 hesabı ilə məğlub olmasından sonra qeydə alınıb. Bu mövsüm Ximenes İtaliya çempionatında 16 oyun keçirib, iki məhsuldar ötürmə edib, lakin qol vura bilməyib.
Hücumçu 2025-ci ilin fevral ayında “Feyenoord”dan 30 milyon avroya “Milan”a keçib.



