AZERFAX TV

Kosmonavtlarımızın ABŞ-dan oğurladığı yeganə şey…

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova amerikalı astronavt və siyasətçi Mark Kellinin qalmaqallı açıqlamasına reaksiya verib.

AZERFAX.AZ xəbər verir ki, o, “İzvestiya”ya açıqlamasında Kellinin rus kosmonavtlarına qarşı işlətdiyi təhqiramiz fikirlərini ABŞ-ın kosmosdakı məğlubiyyəti ilə əlaqələndirib.

Zaxarova deyib: “Rus kosmonavtlarının ABŞ-dan oğurladığı yeganə şey kosmik yarışdakı qələbə olub”.

O qeyd edib ki, kosmosa ilk dəfə insan və süni peyk göndərən Sovet İttifaqı olub.

Xatırladaq ki, məşhur amerikalı senator, keçmiş astronavt Mark Kelli rusların qəzəbinə tuş gəlib. Buna səbəb Kellinin rusiyalı kosmonavtları oğru adlandırması olub. O, bu barədə Odessada keçirilən Qara Dəniz Təhlükəsizlik Forumundakı çıxışı zamanı danışıb.

Məllif: Tural

Related Articles

Bir cavab yazın

Back to top button