Dünya

BMT Təhlükəsizlik Şurası təcili toplanır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası iyunun 1-də Livanla bağlı fövqəladə iclas keçirəcək.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı diplomatik mənbələrə istinadla məlumat yayıb.

İclasın keçirilməsini İsrailin Livan ərazisindəki hərbi əməliyyatları ilə əlaqədar Fransa tələb edib. Fransanın Xarici İşlər Nazirliyi İsrail Müdafiə Ordusunun (SAXAL) hərəkətlərini “ciddi səhv” adlandıraraq, bu addımların yolverilməz olduğunu bildirib. Nazir Jan-Noel Barro vurğulayıb ki, Livandakı hərbi əməliyyatların davam etdirilməsi və ölkənin içərilərinə doğru irəliləyiş üçün heç bir əsas yoxdur.

Qeyd edək ki, mayın 31-də İsrailin müdafiə naziri İsrael Kats ölkə ordusunun Livanda, Litani çayının şimalında yerləşən strateji əhəmiyyətli “Bofor” qəsrinin nəzarətini ələ keçirdiyini açıqlayıb. Bundan əvvəl Livan hakimiyyəti İsrailin Tir şəhərindəki xəstəxana yaxınlığına endirdiyi zərbənin nəticələrini nümayiş etdirmişdi.

 

Related Articles

Bir cavab yazın

Back to top button