Şou Biznes

Dünyaca məşhur müğənni və aktyor evləndi – FOTO

Dünyaca məşhur müğənni Dua Lipa və aktyor Callum Turner ailə həyatı qurublar.

AZERFAX.AZ xəbər verir ki, cütlük mayın 31-də Londondakı “Old Marylebone Town Hall”da yaxınlarının iştirakı ilə keçirilən kiçik mərasimdə nikaha daxil olub.

Yayılan fotolarda Dua Lipanın məşhur moda evi “Schiaparelli” üçün Daniel Roseberry tərəfindən hazırlanan ağ rəngli kostyum-libas geyindiyi görünür. Müğənni obrazını əlcəklər, “Christian Louboutin” ayaqqabıları və Stephen Jones imzalı iri ölçülü ağ papaqla tamamlayıb.

Kallum Törner isə mərasimdə tünd göy kostyum və qalstuk seçib.

Qeyd edək ki, cütlük hələlik nikah xəbəri ilə bağlı rəsmi açıqlama verməyib. (Axşam.az)

Related Articles

Bir cavab yazın

Back to top button