Özgür Özəl ABŞ mediasında Türkiyəni tənqid etdi

Keçmiş CHP sədri Özgür Özəl ABŞ mediasında ölkəsini tənqid edib.
AZERFAX.AZ xəbər verir ki, Özəl “Newsweek” nəşri üçün yazdığı məqalədə Türkiyəyə qarşı sərt ifadələr işlədib.
O, Türkiyədə baş verdiyini iddia etdiyi demokratiya böhranının hətta NATO-nu da narahat etdiyini bildirib.
“Türkiyənin demokratiya böhranı sərhədlərimizdən kənara çıxa biləcək nəticələrə malik təhlükəsizlik böhranına çevrilir. Bu gün Türkiyədə baş verənlər təkcə demokratiyaya dəyər verənləri deyil, həm də Avropanın, NATO-nun, Qara dənizin, Şərqi Aralıq dənizinin və Yaxın Şərqin uzunmüddətli sabitliyinə qayğı göstərən hər kəsi narahat etməlidir. Mövcud tendensiyalar davam edərsə, Türkiyə NATO tarixində görünməmiş bir nöqtəyə sürüklənmək riski ilə üzləşəcək”, – deyə Özəl bildirib.



