Şou Biznes

Məşhur aktrisadan etiraf: “Bu filmlər çəkilməməli idi”

Britaniyalı aktrisa Emiliya Klark məşhur film franşizalarında iştirakından peşman olduğunu bildirib.

AZERFAX.AZ xəbər verir ki, aktrisa bu barədə “Variety” jurnalına müsahibəsində danışıb.

“Taxt Oyunları”ndan sonra “Marvel”in “Secret Invasion”, “Han Solo: Ulduz Müharibələri” və “Terminator” kimi böyük layihələrdə rol alan aktrisa bildirib ki, bu işlərin heç biri geniş auditoriya tərəfindən müsbət qarşılanmayıb.

“Düşünürəm ki, bunları heç kim bəyənmədi. “Terminator” isə ümumiyyətlə çəkilməməli idi”, – deyə o bildirib.

Klark etiraf edib ki, bu təcrübələr ona daha seçici olmağı öyrədib: “Artıq yalnız mənə həqiqətən zövq verəcək layihələri qəbul edirəm”. (publika)

 

Related Articles

Bir cavab yazın

Back to top button