Dünya Kuboku öncəsi Meksikada vəziyyət qarışdı: Polis müdaxilə etdi

Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşan Meksikada minlərlə müəllim əmək şəraitinin yaxşılaşdırılması tələbi ilə müddətsiz tətilə başlayıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Bildirilib ki, paytaxt Mexikoda Zokalo Meydanına yürüş edən etirazçılar təhlükəsizlik qüvvələri ilə qarşılaşıb. Polis nümayişçilərin Milli Saray istiqamətinə irəliləməsinin qarşısını almaq üçün beton bloklar və metal baryerlər qurub, etirazçılara qarşı bibər qazından istifadə edib.
Müəllimlər maaşların artırılması, pensiya sistemində islahat və təhsil siyasətinin yenilənməsini tələb edir. Aksiyaya yalnız müəllimlər deyil, həm də Dünya Kuboku layihələrindən təsirlənən yerli sakinlər, fermerlər və nəqliyyat işçiləri də dəstək verir.
Hökumət isə dialoqa hazır olduğunu və mümkün olan tələblərin icrası üçün addımlar atılacağını açıqlayıb.
Müəllif: Roza



