Siyasət

“CNN rəsmi Bakının mövqeyinə əsaslanmalı idi” – Nicat Dağlar

“CNN Word tərəfindən yayılan və İsrailin İrana qarşı hərbi əməliyyatlarında guya Azərbaycan ərazilərindən istifadə olunduğunu iddia edən material ciddi suallar doğurur. Azərbaycan Xarici İşlər Nazirliyi bu məlumatları əvvəlcədən təkzib etməsinə baxmayaraq, həmin mövqenin materialda lazımi şəkildə nəzərə alınmaması peşəkar jurnalistika prinsiplərinin kobud şəkildə pozulmasıdır”.

AZERFAX.az-a bu barədə açıqlama verən jurnalist, ekspert Nicat Dağlar qeyd edib ki, Azərbaycan uzun illərdir balanslaşdırılmış xarici siyasət yürüdür və dəfələrlə bəyan edib ki, öz ərazisinin hər hansı dövlətə qarşı istifadə edilməsinə imkan verməyəcək.
“Bu baxımdan rəsmi Bakının açıqlaması məsələyə münasibətdə əsas istinad nöqtəsi olmalıdır. Hesab edirəm ki, belə həssas geosiyasi mövzularda anonim mənbələrə əsaslanan iddiaların yayılması regionda əlavə gərginlik yarada və dövlətlərarası münasibətlərə mənfi təsir göstərə bilər. Xüsusilə Yaxın Şərqdə və Cənubi Qafqazda mürəkkəb proseslərin getdiyi bir vaxtda informasiya məsuliyyəti hər zamankından daha böyük əhəmiyyət daşıyır” deyə Nicat Dağlar əlavə edib.
Jurnalist – ekspert vurğulayın ki, bu hadisə bir daha göstərir ki, informasiya müharibələrinin aparıldığı müasir dövrdə hər hansı məlumatın siyasi nəticələri nəzərə alınmalı, faktlar dəqiq yoxlanılmalı və jurnalistikanın obyektivlik prinsiplərinə ciddi əməl edilməlidir.

Related Articles

Bir cavab yazın

Back to top button