AZERFAX TV

Reabilitasiya mərkəzində müalicə alan Zaqatala sakini müəmmalı şəkildə öldü

Abşeron rayonunda özəl reabilitasiya mərkəzinə yerləşdirilən şəxs müəmmalı şəraitdə ölüb.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyunun 12-si saat 9 radələrində Goradil qəsəbəsi ərazisində yerləşən “Reself Lite” reabilitasiya mərkəzində baş verib.

Belə ki, orada müalicə alan Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Ə.Ramazanov naməlum səbəbdən ölüb. Onun bir müddətdir qeyd edilən mərkəzdə müalicə aldığı bildirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button