Dünya

Qida fabrikinə silahlı hücum oldu

Türkiyənin Kastamonu şəhərində qida fabrikinə silahlı hücum olub, aşpaz öldürülüb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

“Hadisə, axşam saatlarında Taşköprü rayonunun Alatarlar kəndindəki qida fabrikində baş verib. Uğur E., fabrikə tapança ilə atəş açıb hadisə yerindən qaçıb”, – məlumatda bildirilib və əlavə edilib ki, silahlı hücumda müəssisədə aşpaz kimi işləyən Sinan Güleç güllə yarası alıb.

Hadisə yerinə polis və tibb qrupları göndərilib: “Tibb qrupunun apardığı yoxlamada Güleçin həyatını itirdiyi müəyyən edilib. Onun meyiti hadisə yerində aparılan baxışdan sonra morqa aparılıb”.

Qətl şübhəlisi Uğur E.-ni ələ keçirmək üçün hərəkətə keçən polis, hadisə ilə bağlı istintaqı davam etdirir.

Related Articles

Bir cavab yazın

Back to top button