AZERFAX TV

Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu

ABŞ-dan olan demokrat senator Kris Mörfi hesab edir ki, Tehranla mümkün razılaşmanın əldə olunması faktiki olaraq Vaşinqtonun İranın şərtləri ilə geri çəkilməsi demək olacaq.

AZERFAX.AZ xəbər verir ki, Konnektikut ştatını təmsil edən senator bu barədə “X” hesabında paylaşım edib.

“Yekun sazişin imzalanıb-imzalanmayacağını heç kim bilmir. Amma əgər bu baş versə, eyni anda iki həqiqət olacaq: mahiyyət etibarilə bu, İran qarşısında kapitulyasiyadır və biz buna sevinməliyik, çünki bu mənasız və qanunsuz müharibə davam etdikcə ABŞ daha da zəifləyir”, – deyə Mörfi bildirib.

Senator vurğulayıb ki, bu “fəlakətli müharibənin” başa çatması hansı şərtlərlə olursa-olsun müsbət haldır. Onun sözlərinə görə, əldə oluna biləcək razılaşma İranın diktə etdiyi şərtlər üzərində qurulub.

Mörfi qeyd edib ki, Tehran yalnız Hörmüz boğazını açıq saxlamaqla bağlı addım atıb, lakin bunu da güzəşt hesab etmək olmaz: “Boğaz müharibədən əvvəl də açıq idi. İndi isə İran göstərdi ki, ABŞ onun boğazı bağlamasına mane ola bilmir və nəticədə Tehranın təsir imkanları artıb”.

O, həmçinin İran aktivlərinin dondurulmasının ləğvini Vaşinqtonun Tehrana boğazın açıq qalması üçün ödəniş etməsi kimi qiymətləndirib.

Senatorun fikrincə, İran nüvə silahı hazırlamamaqla bağlı yeni öhdəlik də götürməyib, çünki bu məsələ əvvəllər də Birgə Hərtərəfli Fəaliyyət Planında nəzərdə tutulmuşdu.

Mörfi əlavə edib ki, Donald Tramp administrasiyası müharibə ilə bağlı qarşıya qoyduğu hədəflərin heç birinə nail olmayıb.

“İranda hakimiyyət hələ də sərt xətt tərəfdarlarının əlindədir. ABŞ-ın ən güclü zərbəsindən sonra belə onlar göstərdilər ki, boğazı bağlaya bilərlər və əvvəlkindən daha güclü olublar. İranın hələ də raketləri, pilotsuz uçuş aparatları və nüvə proqramı var”, – deyə senator bildirib.

Onun sözlərinə görə, yekun razılaşmanın ümumiyyətlə imzalanmaması və ABŞ-ın yaxın gələcəkdə yenidən hərbi əməliyyatlara qayıtması ehtimalı da yüksəkdir.

Müəllif: Adəm

Related Articles

Bir cavab yazın

Back to top button