AZERFAX TV

Yeni sistem Avropada xaos yaratdı: Turistlər bu ölkələrə axışır

Avropa İttifaqında tətbiq olunan yeni elektron giriş-çıxış sistemi (EES) Şengen sərhədlərində xüsusilə yay mövsümündə ciddi sıxlıq və uzun gözləmə müddətləri yaradıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Traveler” nəşri məlumat yayıb.

Bildirilib ki, biometrik yoxlamaların artması bir çox qeyri-Aİ vətəndaşını səyahət planlarını dəyişməyə vadar edib.

Məlumata görə, turistlər indi Şengen zonasından kənar, daha sürətli və rahat giriş imkanı olan istiqamətlərə üstünlük verirlər. Nəşr bu meyarları nəzərə alaraq, Şengen xaricində ən çox seçilən istiqamətləri təqdim edib.

Bunlardan birincisi, İrlandiyadır. Şengen zonasına daxil olmadığı üçün burada EES tətbiq edilmir. Dublin və digər hava limanlarında giriş prosesi daha sadə pasport nəzarəti ilə həyata keçirilir və bu ölkə hazırda Avropaya “daha rahat giriş” alternativi kimi seçilir.

Həmçinin Albaniya və Monteneqro da bura daxildir. Adriatik sahilində yerləşən bu ölkələrdə biometrik EES sistemi yoxdur. Aşağı xərclər və daha az bürokratiya turizm axınını artıran əsas səbəblərdir.

Siyahıda Türkiyə də yer alıb. Bura da Şengen zonasına daxil olmadığı üçün EES-dən tamamilə kənarda qalır. İstanbul və Antalya kimi əsas giriş məntəqələrində sərhəd prosedurları milli sistemlərlə idarə olunur. Bu isə xüsusilə tranzit gecikmələrindən yayınmaq istəyən turistlər üçün üstünlük yaradır.

Məlumata görə, EES-in tətbiqi bəzi Şengen sərhəd keçidlərində gözləmə müddətini 3 saata qədər uzadıb. Sistem Avropaya giriş-çıxışı rəqəmsal izləsə də, yay aylarında əlavə sıxlıq yaradır.

Müəllif: Roza

Related Articles

Bir cavab yazın

Back to top button