Ölkə

Tramp olmasaydı, İsrail məhv olardı

ABŞ prezidenti Donald Tramp İsrailin onun dəstəyi olmadan mövcudluğunu qorumaqda çətinlik çəkəcəyini bildirib.

AZERFAX.AZ xəbər verir ki, Tramp bu barədə ABŞ-ın “Axios” portalına müsahibəsində danışıb. O, İsrailin baş naziri Binyamin Netanyahu ilə münasibətlərinin yaxşı olduğunu qeyd edərək, “Donald Tramp olmasaydı, İsrail məhv olardı” ifadəsini işlədib.

Tramp bildirib ki, Netanyahu ilə münasibətləri yaxşıdır, lakin bu münasibətlərin müəyyən çərçivədə saxlanılmasının vacib olduğunu düşünür.

ABŞ prezidenti həmçinin İsrailin Livana mümkün hücumunun qarşısını alıb-almayacağı ilə bağlı suala cavabında, “Bəli, edərəm. Mənə çox hörmət edirlər və dediklərimi edirlər”, – deyə qeyd edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button