Ölkə

“Baykar”dan fələstinli tələbələrə təhsil dəstəyi

“Baykar” və Xaricdə Yaşayan Türklər və Qohum İcmalar Baş İdarəsinin (YTB) əməkdaşlığı ilə həyata keçirilən “Fələstin Ortaq Təqaüd Proqramı” çərçivəsində Türkiyədə təhsil alacaq 200 fələstinli tələbənin bütün təhsil, yaşayış və səfər xərcləri Baykar tərəfindən qarşılanacaq.

Bu barədə AZERFAX.AZ-a “Baykar” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edilib ki, Xaricdə Yaşayan Türklər və Qohum İcmalar Baş İdarəsi ilə Baykar “Türkiyə Təqaüdləri” proqramı çərçivəsində ölkədə təhsil alan fələstinli tələbələrə dəstək məqsədilə “Fələstin Ortaq Təqaüd Proqramı” üzrə əməkdaşlıq protokolunu həyata keçirib.

“Protokolun imzalanma mərasimi Özdemir Bayraktar Milli Texnologiya Mərkəzində baş tutub. Sənəd Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar və YTB sədri Abdulhadi Turus tərəfindən imzalanıb. Protokol çərçivəsində Türkiyədə orta ixtisas, bakalavr, magistratura və doktorantura proqramlarında təhsil alacaq fələstinli namizədlərin təqaüdlə təmin olunması nəzərdə tutulur. 2026-cı il üzrə planlamaya əsasən, 160 bakalavr, 30 magistr və 10 doktorant olmaqla ümumilikdə 200 fələstinli tələbə bu proqramdan yararlanacaq”.

Gülçin Aslanlı

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button