AZERFAX TV
Dünya Çempionatında ildırım təhlükəsi

2026-cı il Dünya Kuboku qrup mərhələsinin ikinci turunda Fransa və İraq arasında keçiriləcək oyun (23 iyun) ildırım səbəbindən ləğv olunma təhlükəsi ilə üzləşib.
AZERFAX.AZ xəbər verir ki, “L’Équipe”in məlumatına görə, oyunun Filadelfiyadakı “Linkoln Financial Field” stadionunda keçirilməsi planlaşdırılır.
Oyun zamanı temperaturun 33°C-yə çatacağı, arabir şimşək çaxacağı və yağış yağacağı gözlənilir. Hazırkı protokola görə, matç dayandırıla bilər.
2025-ci ilin yayında ABŞ-da keçirilən Klublararası Dünya Kuboku zamanı, ildırımın yaratdığı təxminən iki saatlıq fasilə səbəbindən “Çelsi” və “Benfika” arasında 1/8 final matçı 4 saat 38 dəqiqə davam etmişdi.



