AZERFAX TV

Trampın təhdidləri danışıqları dayandırdı – İran məkanı tərk etdi

İranın ABŞ ilə İsveçrədə danışıqlarda iştirak edən nümayəndə heyəti Vaşinqton adminsitrasiyasının rəhbəri Donald Trampın təhdidlərinə etiraz olaraq danışıqların keçirildiyi məkanı tərk edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Hazırda dnaışıqların dayandırıldığı, onun gələcək taleyinin qeyri-müəyyən olduğu bildirilir.

Qeyd edək ki, “Al Hadath” telekanalı isə İranın ABŞ-ın imzalanmış anlaşma memorandumunun qarşılıqlı təhdidlərin yolverilməzliyini ehtiva edən birinci bəndini yerinə yetirməsi tələbini irəli sürdüyünü bildirir.

Bundan öncə ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini bəyan edib.

Related Articles

Bir cavab yazın

Back to top button