Ölkə

Dünya çempionu bu komanda olacaq

Dünya çempionatının yeni favoriti açıqlanıb.

AZERFAX.AZ xəbər verir ki, “Opta” statistik platformasının superkompüteri tərəfindən aparılan hesablamalara əsasən, Argentina millisinin turniri qazanma ehtimalı 15.46% təşkil edir. İlk üçlükdə həmçinin Fransa milli futbol komandası (15.06%) və İspaniya milli futbol komandası (12.48%) yer alıb.

Turnir başlamazdan əvvəl favorit kimi İspaniya göstərilirdi. Lakin ispanlar ilk turda Kabo-Verde milli futbol komandası ilə 0:0 hesablı heç-heçə etdikdən sonra liderlik Fransaya keçmişdi.

“Opta”nın hesablamalarına görə digər favoritlərin siyahısı belədir: İngiltərə milli futbol komandası – 9.48%, Portuqaliya milli futbol komandası – 6.71%, Almaniya milli futbol komandası – 6.60%, Norveç – 5.42%, Braziliya milli futbol komandası – 4.56%, Niderland – 4.26%, Amerika Birləşmiş Ştatları milli futbol komandası – 4.07%.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button