Ölkə

Varşavada təyyarə qəzaya uğradı – Ölənlər var

Polşanın paytaxtı Varşavada kiçik təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Polşanın dövlət yayımçısı “TVP World” məlumat yayıb. Məlumata görə, hadisə Varşavanın Bemovo rayonundakı hava limanında baş verib. Kiçik təyyarə yerli vaxtla saat 13:00 radələrində eniş etməyə çalışarkən qəzaya uğrayıb.

Yerə çırpılan təyyarə dərhal alovlanıb. Təyyarədə olan 2 nəfər hadisə yerində həyatını itirib. Qəza zamanı ərazidə olan daha 2 nəfər isə müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Yanğınsöndürmə xidməti təyyarənin uçuş-enmə zolağından kənara çıxaraq binaya çırpıldığını və tamamilə yandığını açıqlayıb.

Hadisənin səbəbləri araşdırılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button