Dünya
Türkiyədə daha 2 bələdiyyə sədri həbs olundu

Türkiyənin İzmir şəhərində hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı korrupsiya əməliyyatı keçirilib.
AZERFAX.AZ yerli mediaya istinadla xəbər verir ki, İzmir Prokurorluğunun təlimatı əsasında reallaşan əməliyyat çərçivəsində iki bələdiyyə sədri saxlanılıb. Reydlər zamanı Balçova bələdiyyəsinin sədri Onur Yiğit və Səfərihisar bələdiyyəsinin sədri İsmayıl Yetişkin nəzarətə götürülüb. Əməliyyatın tikinti və şəhərsalma sahələrindəki qanunsuzluqlar, həmçinin rüşvət ittihamları ilə bağlı olduğu bildirilir.
Qeyd edək ki, indiyə kimi Türkiyədə ümumilikdə 26 bələdiyyə sədri barəsində həbs qərarı çıxarılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



