Ölkə

​UFC Fight Night Baku: Rəsmi çəkiölçmə mərasimi keçirildi

Bu gün UFC Fight Night: Fiziev vs. Torres turniri çərçivəsində rəsmi çəkiölçmə mərasimi keçirildi.

AZERFAX.AZ xəbər verir ki, turnirdə çıxış edəcək bütün döyüşçülər çəkilərini uğurla verərək müəyyən edilmiş limitləri aşmayıblar.

Gecənin Əsas Döyüşü:

Yüngül çəki: Rafael Fiziev (70,76 kq) – Manuel Torres (70,76 kq)

İkinci Əsas Döyüş:

Orta çəki: Şara Maqomedov (84,36 kq) – Mişel Pereyra (84,14 kq)

Əsas Döyüşlər:

Yüngül çəki: Nazim Sadıxov (70,76 kq) – Mateus Kamilo (70,76 kq)

Super yüngül çəki: Asu Almabayev (57,15 kq) – Çarliz Conson (56,92 kq)

Orta çəki: İkram Aliskerov (84,36 kq) – Brunno Ferreyra (83,91 kq)

Orta çəki: Abus Maqomedov (84,14 kq) – Mixal Olekseyçuk (84,36 kq)

İlkin Döyüşlər:

Yarımorta çəki: Fərman Həsənov (77,33 kq) – Erik Nolan (77,33 kq)

Yarım ağır çəki: Abdul Raxman Yaxyayev (93,44 kq) – Julius Volker (93,44 kq)

Orta çəki: Nursulton Ruziboyev (84,36 kq) – Andrey Pulyayev (84,36 kq)

Yarım yüngül çəki: Kaan Ofli (66,22 kq) – Xavyer Reyes (65,99 kq)

Yarımorta çəki: Daniil Donçenko (77,44 kq) – Teodor Berqren (77,56 kq)

Ən yüngül çəki: Bekzat Almaxan (61,68 kq) – Jan Matsumoto (61,46 kq)

Yarımorta çəki: Tahir Abdullayev (77,33 kq) – Cefferson Nasimento (77,56 kq)

UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turniri 27 iyun tarixində Milli Gimnastika Arenasında baş tutacaq. Bu yay keçiriləcək ən möhtəşəm idman hadisələrindən birini qaçırmayın!

Biletləri iticket.az saytından əldə edə bilərsiniz.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button