Ölkə

Harri Keyn Ronaldunun rekordunu yenilədi

İngiltərə millisinin hücumçusu Harri Keyn rekorda imza atıb.

AZERFAX.AZ xəbər verir ki, dünya çempionatının qrup mərhələsinin III turunda Panama ilə görüşdə fərqlənən forvard cari mövsümdə klub və milli komandanın heyətində bütün turnirlərdə vurduğu qolların sayını 70-ə çatdırıb.

31 yaşlı oyunçu bununla da, Kriştianu Ronaldunun bir mövsümdə vurduğu ən yüksək qol sayını geridə qoyub.

Portuqaliya yığmasının ulduzu 2011/2012-ci illər mövsümdə 69 qol vurmağı bacarmışdı.

Qeyd edək ki, “Nyu-York/Nyu-Cersi” stadionunda baş tutan görüş Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button