Venesuelaya 5 milyon avroluq yardım ayırdılar

Avropa İttifaqı (Aİ) zəlzələdən zərər çəkmiş Venesuelaya yardım göstərmək üçün 5 milyon avro ayırıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Venesuelanın vitse-prezidenti Delsi Rodriqeslə telefon danışığının yekunlarına əsasən bildirib.
“Aİ zərər çəkmiş yaşayış məntəqələrinə fövqəladə yardım kimi artıq €5 milyon ayırıb. Biz Avropanın mülki müdafiə mexanizmini işə salmışıq və bir neçə üzv dövlət operativ şəkildə axtarış-xilasetmə briqadaları, yanğınsöndürənlər və tibb işçiləri göndərib”, – K. Kallas “X” sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, xilasetmə əməliyyatına ən çox zərər çəkmiş bölgələrə yardımın çatdırılmasını əlaqələndirməyə kömək edən Avropanın “Copernicus” peyk sistemi də dəstək göstərir.



