Ölkə

Bu ölkə meşə yanğınları ilə mübarizədə kosmik texnologiya tətbiq edir

Yunanıstan meşə yanğınları ilə mübarizə sisteminə xüsusi peyk şəbəkəsini tam inteqrasiya edən dünyada ilk ölkə olub.

AZERFAX.AZ xəbər verir ki, xəbər verir ki, bu barədə Rumıniyanın “Mediafax” agentliyi yazır.

Yeni texnologiya yanğınların ilkin mərhələdə aşkarlanmasına, operativ qərarların qəbul edilməsinə və fövqəladə hallara daha sürətli reaksiya verilməsinə imkan yaradır.

Məlumata görə, bu ilin may ayında Yer orbitinə buraxılan dörd kiçik peyk artıq Yunanıstanın milli yanğınsöndürmə sisteminin tərkib hissəsinə çevrilib. Almaniyanın “OroraTech” şirkəti tərəfindən hazırlanan peyklər termal sensorlarla təchiz olunub və eni cəmi dörd metr olan yanğın ocaqlarını belə müəyyən edə bilir. Bu göstərici ənənəvi peyk sistemlərinin imkanlarını xeyli üstələyir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button