AZERFAX TV

Türk tarixinə baxış və ideoloji yanaşmalar müzakirə olundu

Beynəlxalq konqresin iyunun 30-da keçirilən daha bir paneli “Türk tarixinə baxış və ideoloji yanaşmalar” mövzusuna həsr olunub.

AMEA Rəyasət Heyətinin binasında (İsmailiyyə binası) təşkil oluana panel Milli Məclisin deputatı, filologiya elmlǝri doktoru Elnarǝ Akimovanın moderatorluğu ilə gerçəkləşib. Paneldə Türkiyənin Fatih Sultan Mehmet Vǝqfi Universitetinin professoru Ahmet Taşağıl, Almaniyanın Humbolt Universitetinin professoru Eva-Mariya Aux, Yaponiyanın Osaka Universiteti Humanitar Elmlǝr Tǝdqiqat İnstitutunun professoru Takaşi Osava, Qafqaz Tarixi Mǝrkǝzinin direktoru Rizvan Hüseynov, Türkiyǝ Qafqaz Universitetinin professoru Hacalı Nǝcǝfoğlu və Özbǝkistan Elmlǝr Akademiyası Özbǝk Dili, Ədǝbiyyatı vǝ Folkloru İnstitutunun əməkdaşı professor Cabbor Eşonkulov çıxış ediblər.

Alimlər Birinci Türkoloji Qurultayın 100 illiyinin geniş şəkildə qeyd olunmasının və bu münasibətlə təşkil edilən “Türk Dünyası Həftəsi”nin əhəmiyyətini diqqətə çatdırıblar. Bildirilib ki, keçmiş SSRİ dövründə türk xalqlarının milli-mədəni və tarixi irsinin hərtərəfli öyrənilməsi üçün münbit şərait yox idi. Eyni zamanda inteqrasiya imkanları məhdudlaşdırılmışdı.

Panelin sonunda mövzu ətrafında müzakirə aparılıb.

Related Articles

Bir cavab yazın

Back to top button