Lahorda məktəbin tavanı çökdü, 14 uşaq öldü

Pakistanın Lahor şəhərində yerləşən tədris mərkəzində tavanın uçması faciəyə səbəb olub.
Mətbuat.az xəbər verir ki, “DAWN” qəzeti hadisə barədə yerli fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.
Hadisə Lahorun Kahna rayonunda qeydə alınıb. İlkin məlumata görə, yaşayış binasında fəaliyyət göstərən tədris mərkəzinin tavanı qəfil çöküb. Bu zaman binada 30-35 uşağın olduğu bildirilir.
Xilasedicilər dağıntılar altından 14 uşağın meyitini çıxarıblar. Dağıntılar altında qalanların olduğu, bəzi yaralıların vəziyyətinin ağır qiymətləndirildiyi qeyd edilir.
Hadisə yerində axtarış-xilasetmə tədbirləri davam etdirilir. Yaralılara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır. Hadisə ilə əlaqədar binanın sahibi də daxil olmaqla iki nəfərin saxlanıldığı bildirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



