AZERFAX TV

İsrail ordusundan rekord büdcə tələbi: Son sözü Netanyahu deyəcək

İsrail ordusu artan hərbi xərclər fonunda hökumətdən müdafiə büdcəsinin 38,9 milyard dollardan 49,5 milyard dollara çatdırılmasını tələb edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.

Bildirilib ki, ordu mövcud büdcə ilə fəaliyyət göstərməkdə çətinlik çəkdiyini, bu səbəbdən ehtiyat hərbçilərin sayını azaltmağa və yüksək maliyyətli hərbi əməliyyatlardan yayınmağa məcbur qaldığını bildirib.

Lakin Maliyyə Nazirliyi bu tələbi “məntiqsiz” adlandıraraq əlavə vəsaitin ayrılmasına qarşı çıxıb. Nazirlik hesab edir ki, müdafiə xərclərinin bu həcmdə artırılması mülki sahələrdə ciddi ixtisarlara və ölkənin beynəlxalq kredit reytinqinin zəifləməsinə səbəb ola bilər.

Məlumata görə, İsraildə iki nazirlik arasında yaranan büdcə böhranı ilə bağlı yekun qərarı Baş nazir Benyamin Netanyahu verəcək.

Müəllif: Roza

Related Articles

Bir cavab yazın

Back to top button