Avropa nəhəngləri ”Qalatasaray”ın ulduzunu istəyir

Barış Alper Yılmaz “Qalatasaray”dan ayrıla bilər.
AZERFAX.AZ xəbər verir ki, futbolçu ilə Avropanın bir neçə klubunun maraqlandığı bildirilir. İtaliya mətbuatının məlumatına görə, “Napoli”, “Roma” və İngiltərə Premyer Liqası təmsilçisi “Nottinqem Forest” Barış Alper Yılmazı transfer etmək istəyən klublar sırasındadır. Bildirilir ki, “Qalatasaray” gələcək təklifləri dəyərləndirməyə hazırdır.
Məlumata əsasən, İstanbul təmsilçisi mümkün ayrılıq baş verəcəyi təqdirdə hücum xəttində yaranacaq boşluğu “PSV” və Avropa klublarının da diqqətində olan Noa Lanqla doldurmağı planlaşdırır. Rəhbərlik transfer danışıqlarını sürətləndirməzdən əvvəl mövsümöncəsi dövrün və turnirlərin başa çatmasını gözləyir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



