Ağsuda çətənə kolu yetişdirən şəxs saxlanıldı

Ağsuda çətənə kolu yetişdirən şəxs tutulub.
AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd olunub ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlarla narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Amil Nağıyev saxlanılıb.
Onun yaşadığı ünvandan çətənə kolları aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, A.Nağıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Davud Tarverdiyev / AZERFAX.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



