Əmisi oğlu tərəfindən öldürülən 21 yaşlı Fatimənin qətlinin detalları

Gürcüstanda Azərbaycan vətəndaşı, 28.10.2005-ci il təvəllüdlü Fatimə Kərimovanın qətli ilə bağlı bəzi təfərrüat məlum olub.
AZERFAX.AZ xəbər verir ki, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə cinayət işi açılıb.
Məlum olub ki, hadisə iyunun 27-də Tbilisi şəhəri, Yevqeni Maisuradze, 1 ünvanında qeydə alınıb.
Cinayət işinin detallarından aydın olur ki, Fatimə qohumlarının təkidi ilə istəmədiyi şəxslə nişanlanıb. Bununla da qızın qohumları ilə münasibətləri korlanıb. 2026-cı ilin mayında Fatimə sevgilisi Kənan Əliyevlə birlikdə Azərbaycandan Gürcüstana qaçıb. Bir müddət sonra Fatimənin Kənanla da münasibətləri korlanıb. Bu zaman Kənan sevgilisinin pasportunu cırıb və Azərbaycana qayıdıb.
Çıxılmaz vəziyyətdə qalan Fatimə əmisi oğlundan kömək istəyib. İyunun 3-də Azərbaycan vətəndaşı, 2001-ci il təvəllüdlü Emin Əliyev Tbilisiyə gedib və bu şəhərdə sonradan hadisənin baş verəcəyi ünvanı kirayələyib.
2026-cı il iyunun 26-da Fatimə və Emin arasında kirayə qaldıqları evdə münaqişə yaşanıb. Hadisə zamanı Emin qızı boğaraq qətlə yetirib.
Cinayətdən sonra Emin Gürcüstandan Türkiyəyə qaçıb.
Qeyd edək ki, F.Kərimovanın nəşi Azərbaycana gətirilib və Ağcabədi şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, Fatimənin anası 2020-ci ildə, atası isə 2 il sonra xərçəng xəstəliyindən dünyasını dəyişiblər.(Oxu.az)



