Ölkə

Bu ölkədə benzin ucuzlaşdı

Çin şənbə günündən etibarən benzin və dizel yanacağının pərakəndə satış qiymətlərini müvafiq olaraq hər ton üçün 950 yuan (təxminən 238 manat) və 915 yuan (təxminən 229 manat) azaldacaq.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, bu, ardıcıl üçüncü qiymət endirimi olmaqla yanaşı, son altı ilə yaxın dövrdə ən kəskin ucuzlaşmadır. Bu barədə Çinin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qiymətlərin endirilməsi Yaxın Şərqdə gərginliyin azalması və Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasından sonra dünya bazarında neft qiymətlərinin enməsi ilə əlaqələndirilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button