”Qalatasaray”dan illik 21 milyon avro maaş istədi

“Mançester Yunayted”in ulduzu Bruno Fernandes İstanbulun “Qalatasaray” klubunun təklifinə cavab verib.
AZERFAX.AZ xarici mediaya istinadla xəbər verir ki, portuqaliyalı ulduz tələb etdiyi maaşın ödəniləcəyi təqdirdə Türkiyə klubuna keçməyə hazır olduğunu bildirib. Fernandesin “Qalatasaray”dan illik 21 milyon avro maaş istədiyi məlum olub.
Qeyd edək ki, nigeriyalı ulduz Viktor Osimen də “Qalatasaray”dan ildə 21 milyon avro maaş alır. Bu vəsaitin 15 milyonunu klub, 6 milyonunu isə sponsorlar ödəyir. Türkiyə KİV-i yazıb ki, sponsorlar Fernandes üçün də illik 6 milyon avro ödəməyə razılaşsa, “Qalatasaray” futbolçunun keçidini reallaşdıracaq.
“Mançester Yunayted” Bruno Fernandes üçün 35 milyon avro transfer haqqı müəyyən edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



