Kloppdan Dünya Kubokundakı qalmaqallı qərara sərt reaksiya

Yurgen Klopp Dünya Kubokunda yaşanan mübahisəli qərarla bağlı fikirlərini bölüşüb.
AZERFAX.AZ xəbər verir ki, hazırda “Magenta” televiziyasında turniri şərh edən Klopp, amerikalı hücumçu Balogunun qırmızı vərəqə epizoduna və daha sonra onun “əfv olunaraq” Belçikaya qarşı 1/8 finalda oynaya bilməsinə münasibət bildirib. O, belə halların futbolun qaydalarına zidd olduğunu vurğulayıb. Kloppun sözlərinə görə, futbol qərarları yalnız qaydalar çərçivəsində verilməlidir və kənar müdaxilələr düzgün deyil. Klopp qeyd edib ki, səhv qərarlar futbolda hər zaman olub, lakin verilmiş qərarların dəyişdirilməsi oyunun mahiyyətinə zərər verir. O, Balogunun epizodunda qırmızı vərəqənin qaydalara uyğun olduğunu da əlavə edib.
Qeyd edək ki, FIFA-nın ABŞ milli komandasının futbolçusu Folarin Balogunun diskvalifikasiyasını Ağ Evdən gələn zəngdən sonra ləğv etdiyi iddia edilir. FIFA isə Ağ Evin qərara təsir etmədiyini bəyan edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



