Tramp Rusiya və Ukrayna arasındakı sülh ehtimalından danışdı

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin dayandırılmasını əsas prioritetlərindən biri hesab edir.
AZERFAX.AZ xəbər verir ki, yüksəkvəzifəli amerikalı məmurun sözlərinə görə, Tramp Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi, daha sonra isə Rusiya Prezidenti Vladimir Putinlə danışmağı planlaşdırır. Bildirilir ki, əsas məqsəd döyüş əməliyyatlarının mümkün qədər tez dayandırılmasına nail olmaqdır. Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında həm Moskvanın, həm də Kiyevin münaqişənin başa çatmasında maraqlı olduğunu bildirib. O qeyd edib ki, Putin müharibənin bitməsini istədiyini ifadə edib və Ukrayna tərəfi də eyni mövqedədir.
Tramp, “Hesab edirəm ki, bu məsələnin nizamlanmasına insanların təsəvvür etdiyindən qat-qat yaxınıq”, – deyə bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



