DÇ-2026: Argentina 1/4 finala yüksəldi

Futbol üzrə dünya çempionatında Argentina Misir üzərində əzmkar qələbə qazanıb.
AZERFAX.AZ xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.
Görüşdə ilk iki qolu Misir komandası vurub. Yasser İbrahim (15) və Mustafa Ziko (67) Afrika təmsilçisini hesabda irəli çıxarıblar. Bununla belə, özündə güc toplayan Argentina seçməsi ardıcıl 3 dəfə rəqib qapısına yol tapmaqla qalib gəlməyi bacarıb.
“Tanqoçular”un heyətində Kristian Romero (79), Lionel Messi (83) və Enzo Fernandes (90+3) diqqət mərkəzinə düşüblər.
Qarşılaşmanın 21-ci dəqiqəsində Argentinanın kapitanı Lionel Messi penalti zərbəsindən yararlana bilməyib. Onun vuruşunu rəqib qapıçı Mustafa Şubir qaytarıb.
Qeyd edək ki, Argentina 1/4 finalda İsveçrə – Kolumbiya cütünün qalibi ilə üz-üzə gələcək.
21:58
Futbol üzrə dünya çempionatının Argentina – Misir oyununda beşinci qol vurulub.
AZERFAX.AZ xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabda irəli çıxıb – 3:2.
90+3-cü dəqiqədə Enzo Fernandes fərqlənib.
21:50
Futbol üzrə dünya çempionatının Argentina – Misir oyununda dördüncü qol vurulub.
AZERFAX.AZ xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabı bərabərləşdirib – 2:2.
83-cü dəqiqədə Lionel Messi fərqlənib.
21:45
Futbol üzrə dünya çempionatının Argentina – Misir oyununda üçüncü qol vurulub.
AZERFAX.AZ xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesab arasındakı fərqi azaldıb – 1:2.
79-cu dəqiqədə Kristian Romero Messinin ötürməsini qola çevirib.
21:34
Futbol üzrə dünya çempionatının Argentina – Misir oyununda ikinci qol vurulub.
AZERFAX.AZ xəbər verir ki, , Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabdakı üstünlüyünü möhkəmləndirib – 2:0.
67-ci dəqiqədə Mustafa Ziko rəqib komandanı oyuna mərkəzdən başlamağa məcbur edib.
xxx
20:36
Futbol üzrə dünya çempionatının Argentina – Misir oyununda ilk qol vurulub.
AZERFAX.AZ xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabı açıb – 1:0.
15-ci dəqiqədə Yasser İbrahim başla çərçivəni dəqiq nişan alıb.
20:00
Futbol üzrə dünya çempionatının Argentina – Misir oyunu başlayıb.
AZERFAX.AZ xəbər verir ki, 1/8 final mərhələsinin matçı Atlanta stadionunda keçirilir.
Qarşılaşmanı fransalı FIFA referisi Fransua Leteksye idarə edir.



