Homoseksual baş nazir nişanlısını Ankaraya aparmadı

Türkiyənin paytaxtı Ankara mühüm bir beynəlxalq tədbirə evsahibliyi edir. 36-cı NATO Zirvəsində iştirak etmək üçün dünya liderləri ard-arda qonşu ölkəyə gəlməyə başlayıblar.
AZERFAX.AZ xəbər verir ki, yüksək səviyyəli tədbir zamanı diqqətçəkən bir detal Avropa mətbuatının gündəmini zəbt edib. NATO üzvü olan Hollandiyanın baş naziri Rob Jettenin rəsmi proqram çərçivəsində öz nişanlısını Türkiyəyə gətirməmək barədə qərar qəbul etdiyi məlum olub.
Avropa kütləvi informasiya vasitələrində yer alan xəbərlərə görə, bu addım məhz zirvənin Türkiyədə keçirilməsi və ev sahibi ölkənin mövcud siyasi mühiti ilə birbaşa bağlıdır. Bildirilir ki, qərarın pərdəarxasında Türkiyədəki hakimiyyətin mövcud siyasi və dini həssaslıqları dayanır. Avropalı rəsmilər və media subyektləri, zirvə zamanı yarana biləcək hər hansı bir siyasi və ya dini xarakterli anlaşılmazlığın, yaxud polemikanın qarşısını almaq məqsədilə belə bir seçimə üstünlük verildiyini əsas gətirirlər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



